Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Orta Dəhliz təkcə dəmir yolu və ya avtomobil yolları ilə əlaqəli deyil. Mən buna şaxələnmiş dəhliz deyərdim. Bu dəhlizin digər qolu Azərbaycandan Gürcüstana, daha sonra Qara dəniz vasitəsilə Avropaya dəmir yolu əlaqəsidir. İnanıram ki, indi, burada sülhün bərqərar olması daha bir mühüm əlaqənin - Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək”, - nazir bildirib. (Report)