21.11.2024, 23:33
AZ EN
06.03.2024, 10:20 349

Qarabağda 84,4 min hektar sahədə taxıl əkilib

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 2023-2024-cü təsərrüfat ili üçün 81,6 min hektar əkin sahəsi üzrə qısamüddətli icarə müqavilələri bağlanılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Qeyd olunur ki,  2022-2023-cü illərdə təsərrüfat ilində icarəyə verilmiş 68,5 min hektar əkin sahəsi üzrə icarə müqavilələrinin müddəti 2023-cü ilin noyabr ayında başa çatdığı üçün həmin müqavilələrə xitam verilib. Bunun əvəzində 2023-2024-cü təsərrüfat ili üzrə qyeni icarə müqavilələri bağlanılıb.

Aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonunda 2,2 min hektar (o cümlədən 720 hektar örüş), Qubadlıda 2 min hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. Qeyd edilən ərazilərin kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə faktiki əkin yerlərinin və çoxillik Malumatlar Bazasına daxil edilərək xəritələnməsi təmin edilib.

Hesabatda o da bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə 2022-2023-cü təsərrüfat ili üzrə 84,4 min hektar sahədə payızlıq taxıl əkin işləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin apardığı qiymətləndirmələrə görə, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təxminən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla həmin əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər