“Vətən səsi” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib. O bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır: “Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir”.