Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu vəsaitin 4800,0 mln. manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 mln. manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 145,3 mln. manatı və ya 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 mln. manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 mln. manatı və ya 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür. (APA)