22.11.2024, 11:58
AZ EN
07.01.2024, 13:43 103

Vüqar Bayramov: "Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı"

XƏBƏRLƏR
  • “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub". Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov açıqlamasında ifadə edib.

Millət vəkili qeyd edib ki, züzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq: Bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.

Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara reinvestisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.

Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədə uyğundur. Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək",- deyə deputat bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR