21.11.2024, 23:30
AZ EN
18.12.2023, 12:15 323

Fərhad Qaraşov: "Türkiyə şirkətlərinin Qarabağda fəaliyyətinin artırılması üçün maarifləndirici tədbirlər keçirilir"

XƏBƏRLƏR
  • Türkiyə şirkətlərinin Qarabağda fəaliyyətinin artırılması istiqamətində maarifləndirici tədbirlər keçirilir.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət-özəl dialoqu vasitəsilə Türkiyə sahibkarlarının problemləri dinlənilir, təklifləri aidiyyəti qurumlara göndərilir: "Təxminən 4 mindən çox Türkiyə şirkətinin Azərbaycanda fəaliyyəti aktivdir. İqtisadiyyatın bütün sahələrində onların fəaliyyəti təşkil olunub”.

O qeyd edib ki, həmçinin Qarabağın quruculuq işlərində də tender vasitəsilə Türkiyə şirkətlərinin keyfiyyət əmsalı nəzərə alınaraq fəaliyyəti təmin edilir. (Report)

Oxşar xəbərlər