19.04.2025, 18:27
AZ EN
07.06.2022, 10:50 495

Şuşada xüsusi sessiyanın keçirilməsi Qarabağda və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafında böyük rol oynayacaq

XƏBƏRLƏR
  • Bakı Enerji Həftəsi çərçivəsində iyunun 4-də 100-dən çox yerli və xarici nümayəndənin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada xüsusi sessiya keçirildi. Xüsusi sessiyanın keçirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafında böyük rol oynayacaq.

Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktub oxunub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi enerji siyasətindən və bu siyasətin regionun sabitliyi və rifahı baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Xüsusi sessiya çərçivəsində Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşa turu təşkil olunub və tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət ediblər, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Belə turların təşkili, ermənilərin işğaldan azad olunmuş ərazilərimizdə törətdikləri vandalizmin və Azərbaycanın qısa müddət ərzində həmin ərazilərin bərpa və quruculuğu istiqamətində həyata keçirdiyi işlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu fakt bir daha Azərbaycanın iqtisadi gücünün, sülhsevərliyinin və humanistliyinin sübutudur.

“Bu gün dünyada müharibələrin, böhranların baş verməsinə baxmayaraq Azərbaycanda hərtərəfli inkişaf və tərəqqi hökm sürür. Dünyada qeyri-sabit vəziyyət fonunda ölkəmizdə hökm sürən bu inkişaf hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Əlbəttə, bizlərə bu qüruru yaşadan inkişaf dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsidir”, - deyə deputat qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR