Bu fikirləri Britaniya Ticarət Palatasının Azərbaycan üzrə sədri Con Paterson deyib.
İyirmi beş ilə yaxın Britaniya Ticarət Palatasının Azərbaycan üzrə sədri vəzifəsində çalışdığını diqqətə çatdıran Con Paterson bildirib: “Dünən Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminə dəvət olundum. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu.
İşğaldan azad olunmuş Zəngilanda yeni Konqres Mərkəzi açıldı. Biz dünən orada bir kəndin necə yenidən qurulduğunun şahidi olduq. Şuşadakı tarixi abidələri görmək çox maraqlı idi. Hamı Şuşa, Laçın, Zəngilan, Füzuli və digər işğaldan azad olunmuş rayonlarda görülən quruculuq işlərindən məlumatlıdır. Dağıdılmış şəhərlərin yenidən bərpasını görmək heyrətamizdir. Digər ölkələrin də təcrübələrindən yararlanmaq üçün belə tədbirlərin təşkili çox vacibdir”. (AZƏRTAC)