Bu sənəd Azərbaycanda bərpa olunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlığı və birgə layihələrin icrasını nəzərdə tutur.
Bundan başqa, SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında anlaşma memorandumu imzalanıb.
Bu memorandum çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq planlaşdırılır.
Hər iki sənədin imzalanmasının məqsədi neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin birgə inkişafı sahəsində öncül texnologiyaların tətbiqidir. (Trend)