21.11.2024, 22:31
AZ EN
15.09.2023, 14:12 367

“TVM İnşaat” Ağdamda 136 milyon manata fərdi yaşayı evləri tikəcək

XƏBƏRLƏR
  • Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib.

“Vətən səsi” xəbər verir ki, tenderin qalibi  “TVM İnşaat” MMC olub. Artıq qalib elan olunan Səmdar Cəmiyyətlə sifarişçi arasında ümumi dəyəri 135 milyon 920 min 148 manat məbləğində müqavilə də imzalanıb. Müqaviləyə əsasən, “TVM İnşaat” Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 və 5 otaqdan ibarət fərdi yaşayış evləri tikəcək.

Xatırladaq ki, “TVM İnşaat” MMC 2016-cı ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Səhmdar Cəmiyyətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Musa Ağayev Nizaməddin oğludur.

Elxan SALAHOV

Oxşar xəbərlər