“Vətən səsi” xəbər verir ki, qalib “HLB Azərbaycan” MMC olub. Tenderin nəticələrinə uyğun olaraq adı çəkilən şirkətə göstərdiyi xidmətin müqabilində 9 min 204 manat ödəniləcək.
Tenderdə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2021 və 2022-ci il üzrə (22.06.2021-dən 31.12.2022-dək-İdarənin yarandığı tarixdən) maliyyə hesabatlarının və İdarənin strukturuna daxil olan qurumun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi xidmətinin satınalınması nəzərdə tutulur.
Xatırladaq ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxs Prezident İlham Əliyevin 2021-ci il iyunun 22-də imzaladığı fərman əsasında yaradılıb. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Şuşa şəhərinin ərazisində yerləşən abidələrin həcm-planlaşdırma quruluşunun qorunmasını və toxunulmazlığını, habelə bərpasını, öyrənilməsini, məqsədyönlü istifadəsini təmin edilməsi;
- Şuşa şəhərinin bərpasını, yenidən qurulmasını, öyrənilməsini, inkişafını və təbliğinin təmin edilməsi;
- Müvafiq ərazidə mədəniyyət fəaliyyətini və mədəniyyət xidmətlərinin təşviq edilməsi;
- Şuşa şəhərinin tarixi, mədəni, turizm və istirahət (rekreasiya) potensialından tam yararlanmaq üçün əlverişli şəraitin yaradılması.
Elxan SALAHOV