21.11.2024, 22:17
AZ EN
23.08.2023, 17:46 235

Qubadlının daha bir kəndində bərpa işləri başlanır

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş Qubadlı rayonunda daha bir yaşayış məntəqəsində bərpa və yenidənqurma işlərinə başlanır. Söhbət bu ilin mayında təməli qoyulan və birinci mərhələdə 159 evin tikiləcəyi Zilanlı kəndindən gedir. 

“Vətən səsi” xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Qubadlı rayonunun Zilanlı kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinə 1,2 milyon manatdan artıq vəsait yönəldəcək. Bu işin həyata keçirilməsi isə “Core Construction” MMC-yə həvalə olunub. Adı çəkilən şirkətlə imzalanmış müqaviləyə əsasən, Zilanlı kəndində torpaq işlərin görülməsi üçsn müqavilə öhdəliklərinin dəyəri 1 milyon 239,96 min manatdır. 

Xatırladaq ki, hazırda Qubadlının Mahruzlu kəndində də bərpa və yenidənqurma işləri davam edir. Həmin yaşayış məntəqəsində ümumi ərazisinin şaquli planlaşdırılması üzrə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün "19 saylı Tikinti-Təmir İdarəsi” MMC-yə 2 milyon 312 min 79 manat ödənilib.
Qubadlının hər iki kəndində bərpa və yenidənqurma işlərinə cəlb edilmiş şirkətlər açıq tender yolu ilə müəyyən edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər