21.11.2024, 21:55
AZ EN
09.08.2023, 19:06 212

Qarabağ və Şərqi Zəngəzurun inkişafı naminə daha bir vergi güzəşti

XƏBƏRLƏR
  • Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında fəaliyyət göstərən kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması ilə bağlı növbəti qərarını açıqlayıb.

“Vətən səsi” xəbər verir ki, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı buradan baxmaq mümkündür.

Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir. On il müddətinə tətbiq olunacaq qərar işğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması məqsədi daşıyır. Bildirilir ki, nəzərdə tutulan güzəştlər kiçik və orta sahibkarlıq subyektlərinin yalnız mənfəət və gəlir vergilərinə şamil olunacaq. Belə ki, yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur.

Xatırladaq ki, mövcud qanunvericiliyinə görə, hazırda təkcə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə deyil, həm də Azərbaycanda keçmiş məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə də bəzi vergi güzəştləri tətbiq edilir. Məsələn, sahibkarlıq subyekti kimi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan məcburi köçkünlər torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır.

Elxan SALAHOV

Oxşar xəbərlər