Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tatarların milli bayramı Sabantuya həsr olunmuş tədbirin açılış mərasimində çıxışı zamanı deyib.
"Azərbaycan və Rusiya Federasiyası arasında sıx və çoxsəviyyəli əlaqələr mövcuddur. Ortaq cəhətlər çoxdur və qeyd etmək istədiyim bu məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan və Rusiya çoxmillətli dövlətlərdir və bu dostluğun bariz nümunəsi sülh şəraitində yaşamaq, inkişaf və firavanlıq Bakıda, Azərbaycanda tatar diasporunun fəaliyyətidir. Biz vətəndaşlarımızın, soydaşlarınızın gündəlik olaraq verdiyi töhfəni çox yüksək qiymətləndiririk. Təsadüfi heç nə yoxdur ki, işğaldan azad edilmiş ərazilərin bərpasında bizim yanımızda olan Tatarıstan şirkətləri çiyin-çiyinə çalışır. Görülməli olan bütün işlərin həcmini gördünüz. Dünən işğaldan azad edilən ərazilərdə müvafiq mərkəzin açılışı olub. Qeyd etmək lazımdır ki, bu, bizim birlikdə həyata keçirdiyimiz ilk və sonuncu layihə deyil", - deyə o bildirib.
Qeyd edək ki, Rusiya-Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki xidmət mərkəzi yaradıb. Mərkəz yük maşınlarına və kənd təsərrüfatı texnikasına xidmət sahəsində hab rolunu oynayacaq. Mərkəz işğaldan azad edilmiş ərazilərdə istifadə olunan 1500-ə yaxın avtonəqliyyat vasitəsinə, həmçinin yük və digər texnika daşıyan tranzit nəqliyyat vasitələrinə peşəkar xidmət göstərəcək. (Trend)