Bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da öz əksini tapıb.
Hesabatda Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlərin təyinatı ilə bağlı məlumatlar yer alıb. Sənəddə bildirilir ki, ümumilikdə 2024-cü ildə Prezidentin ehtiyat fondundan istifadə olunan vəsaitin məbləği 244,8 milyon manat təşkil edib. Bu vəsait müxtəlif sahələr üzrə zəruri layihələrin maliyyələşdirilməsinə yönəldilib. (AZƏRTAC)