Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov söyləyib.
Vurğulayıb ki, KOBİA alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində daim ciddi səylə çalışmaqda davam edir. Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi fəaliyyət istiqamətlərindən biri olduğu üçün alternativ enerjiyə yönəlik olan layihələrə xüsusi önəm verilir. Yeni tipli, külək enerjisi turbinlərinin yaradılmasını özündə ehtiva edən "Kuleko" layihəsi, dəyişən materiallardan istifadə etməklə Günəş panellərinin soyudulması və effektivliyinin artırılmasına imkan verən “Faza” layihəsi, enerji əldə etmək məqsədilə ixtira edilən “Tullantı sularından elektrik enerjisi istehsal edən qurğu” layihəsi məhz qrant proqramı çərçivəsində tərəfimizdən maliyyələşdirilib.
“Bu siyahını artırmaq mümkündür. Amma biz təkcə maliyyələşdirmə istiqamətində deyil, eyni zamanda bu istiqamətə uyğun fəaliyyət göstərən subyektlərə startap şəhadətnamələri də vermişik. Hansı ki, onlar bu şəhadətnaməni aldıqdan sonra 3 il müddətində vergidən azad olunurlar”, - deyə İdarə Heyətinin sədri bildirib. (AZƏRTAC)