20.04.2025, 01:54
AZ EN
19.05.2023, 15:30 292

Aqil Əsədov: “Dəhlizin istifadəyə verilməsi ölkəmiz üçün çox ciddi tranzit gəlirləri vəd edir”

XƏBƏRLƏR
  • Rəşt-Astara dəmir yolunun tikintisinə başlanması ilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycandan keçən marşurutunun xeyrinə qərar verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzinin şöbə müdiri Aqil Əsədov “Real”TV-yə açıqlamasında bildirib ki, bu məsələdə daha obyektiv iqtisadi amillər nəzərə alınır: “Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə bir neçə marşrut təkilif olunur, nəzərdən keçirilir. Amma ümumilikdə bunun ən sərfəlisi, yəni daha az ölkələrdən keçən, daha az dənizlərdən keçəni Mərkəz Marşrutu adlandırılan Xəzər İran İslam Respublikası Fars Köfrəzi marşrutudur. Bu marşurut üzrə daşımalarda orta hesabla qeyd etdiyimiz kimi, 3 həftə ərzində daşımaların başa gəlməsi nəzərdə tutulub və bu dəhliz istifadəyə verildikdən sonra  məsafənin qısalması ilə, yəni daşınma vaxtının azalması ilə  15 ton yük üçün təqribən 2800-3000 dollar qənaət olunacağı proqnozlaşdırılır. Azərbaycan Respublikası ərazisindən keçən hissədə demək olar ki, işlər tamamlanıb” .

2000-ci ildə  Rusiya-İran və Hindistan arasında bağlanmış müqavilə ilə əsası qoyulmuş Şimal-Cənub Nəqliyyat Dəhlizi üçün təklif edilən 3 dəmir yolu marşurutundan biri Xəzərin şərqindən keçir. Uzun olması və daha çox ölkədən keçməsi bu marşrutu əlverişsiz edir. Ermənistan və Gürcüstandan keçməsi nəzərdə tutulan Qərb marşurutu isə iki səbəbdən şansızdır. Birinci səbəb Gürcüstan dəmir yolunun Abxaziya hissəsinin işğal altında olması ilə bağlıdır. Həmçinin  bu marşurut üçün Ermənistandan İran sərhədinə kimi dağlıq relyefdən keçən yeni dəmir yolu xətti çəkilməlidir. Bu layihənin ilkin qiyməti 4 milyard dollar hesab edilir. Yəni çox bahadır. Azərbaycandan keçən və uzunluğu 7 min 200 kilometr olan orta marşurut ən qısa yol sayılır. Bu marşurutun əsas əngəli Rəşt-Astara  hissəsində dəmir yolunun olmamasıdır. Bu hissə tikildikdən sonra Rusiya yükləri dəmir yolu ilə Azərbaycandan keçərək Astaraya, ordan da İranın Bəndər Abbas limanına daşınacaq.  Daha sonra isə dəniz yolu ilə Hindistanın  Hunbay limanına aparılacaq.  Azərbaycan bu dəhlizə 2005-ci ildən qoşulub və götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Ədil Əsədov daha sonra vurğulayıb ki, dəhlizin istifadəyə verilməsi ölkəmiz üçün çox ciddi tranzit gəlirləri vəd edir: “Həm də dəhlizin istifadəyə verilməsi yalnız iqtisadi baxımdan dəyərləndirlməli deyil, burda  həm də siyasi-strateji məsələlər var. Çünki Nəqliyyat Dəhlizləri hal-hazırda dünya dövlətlərini əlaqələndirən əsas bağlardan biridir. Bu, Azərbaycana iqtisadi dvidentlər vəd etməklə yanaşı, həm də  Rusiya-İran və dəhliz üzərində yerləşən digər ölkələrdə münasibətlərin yaxşılaşmasına öz dəstəyini verəcəkdir”.

Rəşt-Astada dəmir yolunun işə düşməsi ilə Hindistandan Avropaya və Rusiyaya gedən yüklərin Azərbaycan marşurutuna meyl edəcəyi güman edilir. İlkin hesablamalara görə bu marşurutla hərəkət tranzit xərclərinin 40 faiz azaldılmasına imkan verəcək.

Ötən il Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi 2,5 dəfə artaraq, 35 milyard dollara çatıb. Bu rəqəmin gələcəkdə daha da artacağı güman edilir. Rəşt-Astara dəmir yolu işə düşdükdən sonra bu ticarət dövriyyəsinin əsas hissəsi Azərbaycan vasitəsilə gerçəkləşdiriləcək və ölkəyə böyük gəlirlər gətirəcək.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər