22.11.2024, 02:40
AZ EN
17.04.2023, 09:00 582

Davam edən erməni vandalizmi

XƏBƏRLƏR
  • Ağır atletika üzrə Avropa Çempionunun açılış mərasimi zamanı İrəvanda baş verən vandalizm aktı, əslində, illərdir Azərbaycanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi erməni həqiqi kimliyinin təsdiqi faktıdır. Daim Ermənistanı dəstəkləyən Qərb ölkələri heç olmasa, indi görməlidir ki, bu təfəkkürə sahib belələri ilə bəşəri dildə danışmağın heç bir anlamı yoxdur. Çünki bütün beynəlxalq qanun və normaları heçə sayan Ermənistan insanlıq və sülh dilindən heç nə anlamır.

Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkəbrli məsələyə münasibət bildirərkən belə deyib: “İdman yarışında Azərbaycanın bayrağının yandırılması bir daha sübut edir ki, ermənilərin Azərbaycana qarşı düşmənçilik niyyətləri hələ də davam etməkdədir. Son 30 ildə ermənilərin xalqımıza qarşı, dövlətimizə qarşı törətmiş olduğu bütün cinayətlərə baxmayaraq,  Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən onlara hər dəfə xoşməramlı əlimizi uzatmağımıza baxmayaraq,  ermənilər heç də bundan nəticə çıxarmır və hər  addımda, hər fürsətdə Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə qarşı öz  nifrətlərini göstərməkdən çəkinmirlər”.

Belə bir mötəbər tədbirin açılış mərasimində Azərbaycan bayrağının yandırılması deməyə əsas verir ki, bu aksiya əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub, bu bilərəkdən həyata keçirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR