Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bu barədə Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi ikinci müraciətdə bildirilib.
Qeyd olunub ki, Azərbaycan mülki vətəndaşlarının qayıdacaqları rayonların minalardan operativ, təhlükəsiz və səmərəli şəkildə təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.