Aİ bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmadan təəssüf hissi keçirir.
“Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir.
Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir.
Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.
Biz tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrar edirik.
Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, - bəyanatda qeyd olunub. (APA)