23.11.2024, 06:38
AZ EN
05.10.2023, 10:04 349

Səfir: "300 min azərbaycanlı Aİ-nin bəşəriyyətə qarşı cinayətlə bağlı sükutu pozacağını gözləyir"

XƏBƏRLƏR
  • "Ermənistandan qovulmuş 300 min azərbaycanlı Avropa İttifaqının bəşəriyyətə qarşı törədilmiş bu cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir".

Bu fikirlər Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqovun “X” hesabındakı paylaşımında yer alıb.

Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində yüzlərlə azərbaycanlı Ermənistandan qovularkən qətlə yetiriliblər: “Onlar beynəlxalq humanitar hüquqa uyğun olaraq BMT tərəfindən qaçqın icması kimi tanındılar. 30 il ədalətin bərqərar olmasını gözlədikdən sonra Aİ-dən evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmaqlarını təmin etmək, pozulmuş insan hüquqlarını bərpa etmək, mədəni və dini irslərini qoruması üçün Ermənistana təzyiq göstərməsini tələb edirlər. 300 min insan 30 ildən sonra hələ də Aİ-nin bəşəriyyətə qarşı bu cinayətlə bağlı qulaqbatırıcı sükutu pozacağını gözləyir”. (Report)

Oxşar xəbərlər