Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, ötən gün və bu gün Lavrovla Cənubi Qafqazı, Azərbaycan-Ermənistan, eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə ediblər.
Çavuşoğlu, Rusiyanın normallaşma prosesinə töhfə verdiyini və Rusiya ilə dialoq içərisində olduqlarını vurğulayıb. (APA)