17.01.2026, 23:05
AZ EN
10.12.2025, 18:25 166

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb

XƏBƏRLƏR
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub. (Report)

Oxşar xəbərlər