20.10.2024, 00:06
AZ EN
05.04.2023, 14:31 316

Samir Hümbətov: "Missiyanın səlahiyyətində silah-sursat, hərbi texnika olmamalıdır"

XƏBƏRLƏR
  • Ümidlərini xarici dövlətlərdə yaşayan erməni əsilli xarici vətəndsşlara bağlayan Ermənistana göndərilən Avropa İttifaqı missiyasının heyətinə erməniəsilli şəxslərin daxil edilməsi, əslində heç kimdə şübhə doğurmur. Çünki xislətlərindən əmələ gələn bu ənənəni tarix boyu davam etdiriblər. Bu gün də davam  edir. Belə ki, monitorinq missiyasının tərkibində İsveç parlamentinin deputatı, erməniəsilli Arin Karapet də var. Həmçinin Aİ-nin bu missiyası tərkibinə birliyə üzv olmayan 3 dövlətin nümayəndələrini də daxil edə bilər. Bu isə özlüyündə missiyasının tərkibinin ermənipərəstlərdən ibarət olacağı ehtimalını artırır.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov məsələ ilə bağlı "Vetensesi.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının məqsədi ermənilərin simpatiyasını qazanmaqdır.

Ekspert qeyd edib ki, Aİ bölgədə öz mövcudluğunu uzun müddət saxlamaq istəyir:

"İkincisi, ermənilərdə özlərinə qarşı simpatiya yaratmağa çalışırlar. Avropa İttifaqı Rusiya ilə rəqabətdə olduğu üçün hərəsi bir formada bölgəyə təsir etməyə çalışır. Nəzərə almaq lazımdır ki, ekoaktivistlərin etiraz aksiyası zamanı Qarabağda olan Rusiya sülhməramlı kontingentinin tərkibində də ermənilərin olması ortaya çıxdı. Avropa İttifaqı missiyası Fransanın təşəbbüsü ilə təşkil edilərək tələm-tələsik bölgəyə gətirildi. Əslində missiyanın səlahiyyətində silah-sursat, hərbi tenika olmamalıdır. Post qurmaq haqları yoxdur. Onlar ancaq müşahidə edə bilərlər. Missiyanın burda qalıcılığını təmin etməyin ən yaxşı yollarından biri isə oraya erməniəsilli şəxslərin daxil edilməsidir. Bu, Ermənistanda hakimiyyət nə vaxtsa dəyişərsə, təzə gələn hakimiyyətin onlara təsir edə bilməməsi üşün əl atılan variantlardan birisidir”.

Samir Hümbətovun dediyinə görə, Avroppa İttifaqına daxil olmayan digər dövlətlərin müşahidəçilərinin bölgəyə gəlməsi isə əslində Azərbaycana mesajdır:

"Yəni demək istəyirlər ki, ittifaqa daxil olmayan başqa dövlətlər belə Ermənistan naminə bir yerə yığıla bilirlər. Burada isə lobbi və diaspor təşkilatlarının xüsusi rolu var. Əsas məqsəd  Ermənistanın istəklərini təmin etməkdir. Ermənistanın istəkləri isə Azərbaycanla sərhəddi nəzarətə almaqdır. Buna gücü çatmır. Ona görə də missiyanı Zəngəzur dəhlizi keçəcək sərhədboyu ərazilərə yerləşdirərək prosesi uzadıb, zaman qazanmaq istəyir”, - deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər