22.11.2024, 21:15
AZ EN
29.03.2023, 22:25 255

Ceyhun Bayramov: Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir

XƏBƏRLƏR
  • Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.

Bu sözləri xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir. “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”, - deyə o bildirib.

Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Deyib ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.("AZERTAC")

Oxşar xəbərlər