Bunu “Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova söyləyib.
O bildirib ki, Qərbi Azərbaycanda soydaşlarımızın yüz minlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib. Yalnız 1988-ci ildə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilməyib öz yurdlarını tərk edib. Azərbaycanın izini itirmək üçün vaxtilə o ərazilərdəki qəbiristanlıqlar, tarixi, mədəni abidələr dağıdılıb, dini mərasim yerləri, məktəblər, xəstəxanalar yerlə-yeksan edilib, demək olar ki, türk mənşəli bütün yerlərin adları dəyişdirilib.
“Azərbaycanlılar kütləvi deportasiyaya məruz qaldıqları halda ermənilər hələ də Rusiya sülhməramlılarının himayəsi altında və Azərbaycan dövlətinin qayğısı nəticəsində Qarabağda tam sakit, sülh şəraitində yaşayırlar. Belə olan halda ermənilərin haqsız və düzgün olmayan məlumatlar yaymaqları və dünyanın bu məsələyə susmağı bizə təəccübləndirir. Biz sülh istəyirik, heç vaxt müharibə istəməmişik. Ona görə də, ermənilərin qanunsuz əməllərinin qarşısının alınması üçün bir çox ölkələrə müraciətlər ünvanlamışıq və bəyanatlar vermişik. Lakin təəssüflər olsun ki, nə Xocalı soyqırımına, nə də bu son illərdə törədilən hadisələrə beynəlxalq təşkilatlar və böyük güclər heç bir reaksiya verməyib”, - deyə Bahar Qasımova qeyd edib. (AZƏRTAC)