Bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
O bildirib ki, ermənilər 30 il müddətində Qarabağı tamamilə dağıdıb və Azərbaycan həmin ərazilər üçün böyük investisiyalar qoyur. Bu investisiyaların hamısı Azərbaycanın öz daxili imkanları hesabınadır. Eyni zamanda, Prezident İlham Əliyev Türkiyədə zəlzələ nəticəsində dağılmış şəhərlərin, kəndlərin və digər inzibati ərazilərin bərpasını elə Qarabağın bərpası qədər vacib sayır. Bu baxımdan Türkiyənin zəlzələdə dağılmış ərazilərinin bərpası üçün açıqlanan 100 milyon dollar heç də təəccüblü deyil.
“Hesab edirəm ki, bəlkə də bu yardımlar daha böyük olacaq. Başlanğıc üçün bu belə planlaşdırılıb. Ola bilsin ki, bərpa və quruculuq işləri zamanı bu rəqəm bir qədər də artacaq. Bu çətin zamanda qardaş Türkiyəyə kömək etmək lazımdır. Azərbaycan dövlətinin bundan sonrakı yardımlarını da xalqımız alqışlayacaq”, - deyə hüquq müdafiəçisi qeyd edib. (AZƏRTAC)