22.11.2024, 21:09
AZ EN
07.03.2023, 11:58 232

Parlamentin komitə sədri Qarabağda Ombudsmanın regional ofisinin yaradılmasını vacib sayır

XƏBƏRLƏR
  • “Martın 1-də postkonflikt barış dövrünün tarixi hadisəsi baş verdi. Konstitusiyaya uyğun olaraq Xocalıda təşkil olunan görüş Xankəndidə yaşayan ermənilərlə birgəyaşayışa dair “Sərsəng” su anbarı ilə bağlı təmaslardan sonra ilk addım sayıla bilər. Belə vəziyyət, Ombudsman institutunun fəaliyyətinin coğrafiyasını genişləndirməklə yanaşı, reinteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdə aktivliyini tələb edəcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, son lokal toqquşma separatçı qalıqları mülki insanlardan ayırmaq hadisəsidir: “Ümidvarıq ki, danışıqlar davam etdiriləcək. Xankəndidə özünü “Ombudsman” adlandıran şəxsin təqdim etdiyi 2022-ci il üzrə hesabat 300 səhifəyə yaxındır. Hesabatın 12-ci bölməsi erməni xalqının hüquqlarının pozulması, Müdafiəçinin bəyanatları və fövqəladə hesabatlar adlanır. Orada dağıdılan abidə və yaşayış məskənlərindən bəhs olunur. Lakin 30 illik işğalın mirasından bir cümlə də yoxdur. Qanunlara hörmətlə yanaşan ermənilərin hüquqlarının təminatı ilə bağlı mesajların verilməsi, gələcəkdə o bölgədə regional ofisin yaradılacağı bəyanatı Xankəndidə “Ombusdman” adı ilə siyasətə alət edilən şəxsin hesabatlarına da son qoyardı”. (APA)

Oxşar xəbərlər