Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün dəstək göstərməyə hazırdır. Həmçinin “3+3” formatında da dialoqa əlavə dəstək göstərilə bilər.
“Biz, eyni zamanda, Xəzər dənizində olan beşlik formatında, MDB, BMT və digər fərqli ixtisaslaşmış təşkilatlarla işləmək barədə qərara gəldik”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.