Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı zamanı qeyd olunub.
Diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
"Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir", - Qaluzin qeyd edib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə danışarkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir.
"Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur", - deyə o vurğulayıb. (Trend)