Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu sənəddə ölkələrimiz arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub: “Bütün sahələrdə əməkdaşlığı əsas istiqamətləri müəyyən olunub. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri həm regional, həm də beynəlxalq planda stabilləşdirici faktordur. Bakı ilə birlikdə bu sənədin müddəalarının reallaşdırılması üzərində işləyirik. Bəyannamənin imzalanmasının bir illiyi münasibəti ilə bir sıra tədbirlər planlaşdırılıb”, o deyib. (APA)