Bunu Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov söyləyib.
O deyib: “Artıq 2 gündür ki, fəallarımızla birlikdə aksiyada iştirak edirik və tələblərimiz sadədir - Azərbaycan ərazisində yataqların qanunsuz istismarına son qoyulmalıdır. Azərbaycan ekoloqlarının bu yataqlara getmək və onları araşdırmaq hüququ var, çünki Qarabağ Azərbaycan torpağıdır”.
Sergey Danilov qeyd edib ki, ekologiya mövzusuna toxunan Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın ekosid törətməsinin, meşələrin yandırılması ilə məşğul olmasının, ekologiyaya zərər vurmasının şahidi olub. Biz bütün bunları işğaldan azad olunmuş ərazilərimizə səfərə gələrkən müşahidə edirik.
O əlavə edib ki, biz ekoloji terrorun hazırda Qarabağda, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında başvermə ehtimalını istisna etmirik. Bu səbəbdən də burada ekofəallar kimi təbiətin və ətraf mühitin qorunmasının tərəfdarıyıq. (AZƏRTAC)