19.10.2024, 16:24
AZ EN
31.01.2023, 11:29 315

Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması perspektivləri müzakirə olunub

XƏBƏRLƏR
  • Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin saytı xəbər verir ki, söhbət zamanı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının icrası kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

Həmçinin bir sıra beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub. (AZƏRTAC)

Oxşar xəbərlər