Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.
Həmin minaların İkinci Qarabağ müharibəsindən sonra Qarabağa necə daşınması ilə bağlı sualın açıq qaldığını bildirən dövlətimizin başçısı qeyd edib: “Minaların təxminən bir milyona yaxın olduğunu zənn edirik. Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər. Lakin o xəritələrin dəqiqliyi tam deyil”. (AZƏRTAC)