Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Erkin Qədirlinin parlament seçkilərinin qeyri-demokratik şəraitdə keçirilməsi iddiasına münasibət bildirərkən səsləndirib. O bildirib ki, bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini normal şəkildə davam etdirir.
"Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Bu gün Parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır. Eyni zamanda hesab edirəm ki, hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış açıqlamalardan uzaq olmalıdır. Əlbətdə, hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyəti şübhə altına alınmalıdır", - deyə millət vəkili bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ