21.11.2024, 22:16
AZ EN
23.01.2023, 13:57 215

Ceyhun Məmmədov:"Bütün bunlar İran və Ermənistan riyakarlığının növbəti təzahürüdür"

XƏBƏRLƏR

Özünü İslam ölkəsi adlandırıb, amma İslam dininə ağır zərbə vuran İslam dininin düşmənləri ilə iş birliyi fəaliyyətini açıq-aşkar nümayiş etdirən İranın daha bir təhqiramiz mövqeyi ictimaiyyət arasında da ciddi narazılıq doğurub.  "Ermənistanla İran arasındakı “isti” münasibətlər, Tehranla-İrəvanın “qardaşlaması”, konsulluğun açılması Azərbaycana qarşı növbəti təxribat niyyətindən qaynaqlanır. Eyni zamanda İran tərəfindən Qarabağa terrorçuların göndərilməsi, son olaraq Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İranda sanki bir “qəhrəman” kimi qarşılanması riyakar istəyin bariz nümunəsi idi. Akopyanın İran prezidenti ilə görüşdə masanın başında əyləşdirilməsi, bunun ardınca onun məscidə aparılması ikrah hissi yaradan hallardır. Bu hal bir daha sübut edir ki, İran heç də müsəlman ölkəsi deyil. İranın bu mənada İslam dini adından danışmağa mənəvi haqqı çatmır. İran molla rejimi İslam pərdəsi adı altında daha çox müsəlman dünyasına zərbə vurur".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında biıdirib. O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində məscidləri, təhqir edən, donuz saxlayan, dağıdan Ermənistanın bu hərəkətlərinə göz yuman İranın davranışları heç bir məntiqlə uzlaşmır: “Çünki Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarında 67-i məscidən 65-ni tamamilə darmadağın edib. Ağdam məscidini isə özlərini üçün hərbi təyinat məntəqəsi kimi istifadə ediblər. Şuşada olan məscidi isə fars məscidi kimi təqdim etməyə çalışıblar. Belə olan halda Ermənistanın baş nazirinin həyat yoldaşı Akopyanın İrana səfəri onun gözdən pərdə asırmış kimi məscidə aparılması heç də mənəviyyat məsələsi deyil”.

C.Məmmədov qeyd edib ki, məscidləri dağıdan, təhqir edən bir ölkənin birinci xanımının İranda səfərdə olarkən məscidə getməsi əslində başqa mətləblərdən xəbər verir: “II Qarabağ müharibəsindən öncəki davranışları, açıqlamları müharibənin gedişində isə qadınlardan ibarət qrup yaradıb əlinə silah alaraq azərbaycanlı qadın və uşaqları öldürmək istəyən Akopyanı İranda məscidə aparanlar da eyni xislətin daşıyıcılarıdır. Bütün bu faktlar isə bir daha göstərir ki İran fars molla rejimi islamdan, insani dəyərlərdən çox uzaqdır”.

Ceyhun Məmmədov bildirib ki, İranda islam adı altında fars ideologiyasına xidmət olunur: “Əslində isə Akopyanın İranda məscidə getməsi bir Azərbaycanda təmsilində əks olunan “tülkü həccə gedir” fraqmenti ilə uzlaşır. Onlar elə məscidə gedən olublarsa, 30 ildə işğalda saxladığı məscidlərin birinin salamat qalmasına imkan verərdilər. Ona görə də, bütün bunlar İran və Ermənistan riyakarlığının növbəti təzahürü kimi izah olunur”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər