Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
Bildirilib ki, bununla, Ermənistan, həm də, söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.
“Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir”, - bəyanatda vurğulanıb. (APA)