30.04.2024, 07:58
AZ EN
10.01.2023, 12:48 298

Cənubi Koreya qəzeti 50 milyonluq azərbaycanlıların həmrəyliyindən yazır

XƏBƏRLƏR
  • Cənubi Koreyada tiraj sayına görə ilk beşlikdə yer alan “Hankook Ilbo” qəzetində “50 milyonluq Azərbaycan diasporunun həmrəylik günü” başlıqlı məqalə dərc edilib.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan məqalədə azərbaycanlıların hələ qədim dövrdən çoxsaylı yadelli hücum və işğallara məruz qalmasından, ağrılı tarix yaşamasından, bütün bunların kulminasiya nöqtəsinin isə 19-cu əsrdə Azərbaycan xalqının Rusiya işğalı nəticəsində iki yerə bölünməsindən danışılır.

Məqalədə 20-ci əsrin əvvəllərində azərbaycanlıların qısa müddət ərzində müstəqillik dövrünü yaşasa da, yenidən zorla Sovet Rusiyasına birləşdirilməsindən, 1989-cu ildə Berlin divarının yıxılmasından ruhlanan azərbaycanlıların onları ayıran “divarı”, İran ilə sərhəddəki əngəlləri aradan qaldırmasından, 1991-ci ilin oktyabr ayında Azərbaycanın müstəqilliyini bərpa etməsindən, eyni ilin dekabr ayında Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 dekabr tarixini “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etməsindən, növbəti ildə isə həmin günün bütün Azərbaycanda dövlət bayramı statusu almasından yazılır. Bildirilir ki, hazırda azərbaycanlılar Azərbaycan Respublikasından savayı, dünyanın 70 ölkəsində, xüsusən də İran, Türkiyə və Rusiyada yaşayır. Hər ilin sonuncu günündə, yeni ilin ərəfəsində azərbaycanlılar həmrəyliklərini qeyd edirlər. (AZƏRTAC)

Oxşar xəbərlər