19.10.2024, 08:43
AZ EN
06.01.2023, 15:27 272

Ekspert: “Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir”

XƏBƏRLƏR
  • “Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sanksiyalar tətbiq etməli və bu ölkənin hakimiyyətini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməli, həmçinin işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsini dayandırmalıdır, çünki bu, yurdlarından qovduqları azərbaycanlıların qayıtmasına mane olur”.

Bunu beynəlxalq münasibətlər üzrə analitik Xalid Taymur Əkrəm deyib.

Onun sözlərinə görə, bir çox ölkələr, o cümlədən Pakistan Ermənistanın üçtərəfli bəyanatları pozan hərəkətlərini birmənalı şəkildə pisləyib: “Hesab edirəm ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı sərt tədbirlər görməlidir. İrəvanın düşmənçilik hərəkətləri və onun yeni mina tələləri yaratması bu ölkə rəhbərliyinin humanizm prinsiplərinə sadiq qalmadığının, regional sülh və təhlükəsizliyə xələl gətirdiyinin əyani təzahürüdür. Beynəlxalq birlik Ermənistan hökumətini əməllərinə görə məsuliyyətə cəlb etməli və ona qarşı sanksiyalar tətbiq etməlidir”. (Report)

Oxşar xəbərlər