25.06.2025, 06:36
AZ EN
06.01.2023, 10:50 444

Ulu Öndərimizi dünyaya liderlik etalonu kimi tanıtmalıyıq

XƏBƏRLƏR
  • Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. Ulu Öndərimiz Heydər Əliyev irsinin ölkəmizdə və dünyada daha geniş tanıdılması üçün həyata keçiriləcək fəaliyyət proqramının istiqamətləri ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Real televiziyasına müsahibə verib. O, qeyd edib ki, bu il Ulu Öndərin irsinin nəinki Azərbaycanda, həm də dünyada tanıdılması üçün kompleks tədbirlər həyata keçiriləcək. Ulu Öndərimiz elə şəxsiyyət, elə bir insandır ki, Azərbaycanın rəmzinə çevrilib. Millət vəkili deyib ki, Ulu Öndər özü özlüyündə bir liderlik etalonudur. Bu  baxımdan onun fərqli tərəfdən də dünyada tanıdılması vacibdir.

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan dövlətçiliyi ciddi sual qarşısında idi. Həmin dövrdə xalqımız Ulu Öndərə üz tutdu. O, xalqın, dövlətin dar günündə gəldi və onu xilas etdi. Buna görə də, Ulu Öndərimiz dünyaya liderliyin bir etalonu kimi təqdim edilməlidir. Elə klasssik alman liderlik nəzəriyyəsi yanaşmalarında da, çox sadə şəkildə qeyd edilir ki, əsl lider xalqın dar günündə gəlir və onu xilas edir. Düzdür, SSRİ dağıldıqdan sonra digər xalqlar kimi Azərbaycan da müstəqillik yoluna  qədəm qoydu. Amma bu yolda mübarizə çətin oldu. Bir tərəfdən Ermənistanın Qarabağda törətdiyi əməllər, o biri tərəfdən hakimiyyət uğunda silahlı mübarizə ölkədə çaşqınlıq yaratdı. Belə bir vaxtda xalq nicat yolunu Ulu Öndərə  müraciətdə gördü. Çünki bu böyük şəxsiyyətin xalqın altşüurunda lider kimi obrazı mövcud idi. Belə ki, 1969-1982-ci illərdə onun xalqa xidməti yaddaşlara yazılmış və insanlarda bu böyük insanla bağlı aydın təsəvvür yaratmışdı. E. Mirbəşiroğlu onu da əlavə etdi ki, Ulu Öndərimizi dünyaya tanıtmaqla yeni liderlik nəzəriyyəsinin yaradılmasına da yardımçı ola bilərik.

Azərbaycanın bu günkü inkişafında, uğurlar qazanmasının təməlində də bu dahi şəxsiyyət, böyük siyasətçinin ideyaları dayanır. Ötən əsrin 90-cı illərində daxili siyasi sabitlik yaratmaq çox böyük iradə, cəsarət, həm də, təcrübə tələb edirdi.  Ölkədə daxili siyasi sabitliyi bərpa etmək üçün birinci növbədə həmrəyliyi təmin etmək lazım idi. Bu çətin işin öhdəsindən də  ancaq Ulu Öndər gələ bilərdi. Çünki xalq ona inanırdı və bu inamla da birlik təmin edildi. Belə ki, Azərbaycanı, millətini sevən hər kəs onun ideyaları ətrafında birləşdi. Sonra milli iqtisadi sistem quruldu. Ölkənin inkişafında kompleks addımlar atıldı.

1994-cü ildə “Əsrin müqaviləsi” imzlandı. Həmin ildə Bişkek protokolu da imzalanmaqla Ermənistanla aramızda atəşkəs elan edildi. Bununla da özümüzə bir nəfəslik yaratmış olduq. Elə buna görə  44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdə Ulu Öndərimizin ideyalarının, qoyduğu bünövrənin, yaratdığı məktəbin ənənələri olduğu əbəs yerə qeyd edilmir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər