Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı "Xalq qzəeti"nə müsahibəsində deyib. O, Dövlət Proqram qəbul edilən dövrə qədər biz 57,6 min hektar ərazini minalardan təmizləndiyini, yekun nəticə kimi isə, 280 min hektar ərazinin minalardan təmizlənməsinin qarşıya hədəf kimi qoyulduğunu, vətəndaşların təhlükəsizliyi istiqamətində dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edən bir çox hərbi hissələrin yaradıldığını bildirib.
V.Qasımlı deyib: "Dövlət Proqramında bu hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də digər hüquq-mühafizə orqanları – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti yerli bölmələrinin müvafiq infrastrukurla təminatı kimi ən ümdə tədbirlərin icrası nəzərdə tutulur. Proqramda, həmçinin yerli və mərkəzi icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə inzibati infrastrukturun yaradılması və ərazi vahidlərində “Təhlükəsiz şəhər” xidmətinin təşkili planlaşdırılır. Bütün bu qeyd edilənləri Böyük Qayıdışımızın baza elementləri hesab edə bilərik".