19.10.2024, 11:23
AZ EN
28.09.2023, 15:02 246

Selcuk Bayraktar: “Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”

XƏBƏRLƏR
  • “Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”.

Bunu "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar “TV 100”ün efirində deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı: “Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.

S.Bayraktar, həmçinin söyləyib ki, Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı: “Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək”. (Report)

Oxşar xəbərlər