10.10.2025, 20:32
AZ EN
29.12.2022, 16:00 408

Paşinyanın yalan limiti tükənib

XƏBƏRLƏR
  • Bu gün baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistan hökumərinin növbəti iclası olub. O, çıxışında gündəlikdəki məsələlərdən daha çox  Laçın dəhlizindən danışıb və yenə də Azərbaycanın ünvanına əsassız ittihamlarla dolu fikirlər səsləndirib.

Deyib ki, guya Azərbaycan vəziyyəti gərginləşdirməklə Qarabağı ermənisizləşdirməklə "suveren erməni ərazilərindən yeni hissələr  də zəbt etməyə hazırlaşır". Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyini də Azərbaycanın mənafeyinə hədəfləndiyinin guya faktlarla təstiqləndiyini kəkələyərək vurğulayan Paşinyan sülh müqaviləsinin imzalanmasının və rejional rabitənin tərəfdarı olduğunu  dilucu bildirib, hamını milli həmrəyliyə əməl etməyə çağırıb.
Erməni müxalifətinin liderlərindən olan İşxan Sağatelyan isə sözügedən iclasla baglı sual verən jurnalistə qısa  cavab verib: hakimiyyət ölkənin təhlükəsizliyini təmin edə bilmirsə, rədd olub getsin. Nikolun yalan limiti çoxdan tükənib.
NƏSİB

Oxşar xəbərlər