20.10.2024, 01:40
AZ EN
27.12.2022, 16:52 269

XİN rəhbəri: Rusiyanın Qarabağın statusu məsələsinin gələcək illərə qalması təklifinin qəbuledilməz olduğunu bildirmişik

XƏBƏRLƏR
  • “Sirr deyil ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”.

Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, hər bir tərəf təklif verə bilər: “Biz öz gündəliyimizə, təkliflərimizə əsaslanmalıyıq. Biz ilk gündən bu təklifin qəbuledilməz olduğunu bildirmişik. Biz baza prinsipləri üzrə danışıqlar aparırıq. Azərbaycan yalnız öz milli maraqları çərçivəsində addım atır”.

Oxşar xəbərlər