19.12.2024, 07:22
AZ EN
05.06.2024, 11:42 292

Nazir müavini: Şuşanın da gənclərimiz kimi parlaq gələcəyi olacaq

XƏBƏRLƏR
  • Şuşa hələ ki dağıdılmış evlərdən ibarətdir. Amma onun parlaq gələcəyi olacaq. Eynilə gənclərimiz kimi...

Bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva iyunun 5-də “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində təşkil olunan NexGen: Sosial İnnovasiyalar Forumunun açılışı zamanı deyib.

O, İƏT Gənclər Forumuna Şuşanı paytaxt seçdiklərinə görə təşəkkür edib: "Biz bu gün Şuşada toplaşmışıq. Şuşa simvoldur, keçmişi olub, gələcəyi olan şəhərdir. Amma bir müddət baxımsız qalıb. Bu torpaqların azad edilməsində gənclər iştirak ediblər. Şuşa təkcə silah gücünə deyil, həm də zəka gücü ilə azad edilib. Ona görə də gənclərin sağlamlığının, təhsilinin və iş fəaliyyətinin yüksək önəmi var". (Report)

Oxşar xəbərlər