24.12.2024, 03:13
AZ EN
26.12.2022, 07:39 375

Politoloq: Qarabağdakı yataqların qanunsuz istismarı bölgədə ekologiya üçün fəsadlar yaradır

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ bölgəsindəki təbii sərvətlərin istismarı, bu bölgədə qanunsuz aparılan işlər təkcə Azərbaycan qanunvericiliyinə deyil, beynəlxalq hüququn normalarına da ziddir. Həmin ərazilərdəki yataqlarda aparılan qanunsuz fəaliyyət dərhal dayandırılmalı, azərbaycanlı ekofəalların tələbləri yerinə yetirilməlidir.

Bu sözləri gürcü politoloq Vaxtanq Maisaya söyləyib.

O vurğulayıb ki, azərbaycanlı ekofəalların Şuşa-Laçın yolundakı aksiyası tam qanunauyğundur. Azərbaycanlı ekoloqların qaldırdıqları məsələlər diqqətdən kənarda qala bilməz və region dövlətlərini də ciddi narahat etməlidir.

Politoloq deyib: “Ermənilərin Qarabağdakı yataqlarda apardığı qanunsuz işlər təkcə yeraltı sərvətlərin talan edilməsi anlamında deyil. Onlar, həmçinin ekologiyaya ciddi ziyan vururlar. Onların qanunsuz fəaliyyəti regionun flora və faunasına, bir sözlə, ekosisteminə çox ağır zərbə vurur. Ona görə də Gürcüstan, Türkiyə və digər region ölkələri buna ciddi yanaşmalı, məsələyə sərt reaksiya verməlidirlər.

V.Maisaya deyib ki, Rusiya sülhməramlıları vəzifələrini vicdanla yerinə yetirməlidirlər. Onlar azərbaycanlı ekofəalların tələblərinə biganə qalmamalıdırlar. Qaldırılan məsələnin region üçün də ağırlığını nəzərə almalı və qanunsuz erməni birləşmələrini bölgədən çıxarmalı, qondarma işbazların fəaliyyətinə qadağa tətbiq etməlidirlər. (AZƏRTAC)

Oxşar xəbərlər