02.03.2026, 08:49
AZ EN
18.09.2022, 08:20 542

Azərbaycan Ordusunun bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub

XƏBƏRLƏR
  • Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, - nazirlikdən qeyd olunub.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib. (Report)

Oxşar xəbərlər