21.11.2024, 22:44
AZ EN
24.12.2022, 07:30 217

Ceyhun Bayramov: "Azərbaycan tərəfi Moskvada sülh müqaviləsini müzakirə etməyə hazır idi"

XƏBƏRLƏR
  • Ermənistan tərəfinin təqdim etdiyi sülh müqaviləsinə dair təkliflər paketi haqqında hələlik dəqiq rəy söyləmək çətindir. Bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN-in başçısı Sergey Lavrov ilə dekabrın 23-də Moskvada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, sənədlər ətraflı öyrənilməlidir. Azərbaycan tərəfi təkliflər paketini danışıqlar prosesinin bir hissəsi kimi qəbul edir və Moskvada bu mövzunu müzakirə etməyə hazır idi.

C.Bayramov xatırladıb ki, Ermənistan baş naziri sülh müqaviləsini təqdim olunan təkliflər əsasında imzalamağa hazır olduğunu bildirib. “Bu, siyasi bəyanatdır. Biz bilirik ki, müqavilələr belə imzalanmır. Ona qalsa, Azərbaycan oktyabrın 2-də Cenevrədə öz təklifləri əsasında müqaviləni imzalamağa hazır idi”, - deyə nazir bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər