08.09.2024, 07:02
AZ EN
23.12.2022, 17:27 201

Sahil Kərimli: Laçın yolundakı aksiya Arutyunyan-Vardanyan cinayətkar şəbəkəsinin əl-qolunu bağlayıb

XƏBƏRLƏR
  • Xankəndinin mərkəzində bir qrup erməninin keçirdiyi etiraz aksiyası terrorçu və separatçı qüvvələrin təşkilatçılığı ilə baş tutub. Amma bu təxribatı planlaşdıran qüvvələrin gözləntiləri əks effekt verib. Əvvəla, aksiyada çox az sayda insanın iştirak etməsi bir daha sübut edir ki, Qarabağda məskunlaşan etnik ermənilərin sayı olduqca azdır. Halbuki, separatçı dairələr Xankəndində 100 mindən çox erməninin yaşadığını, onların guya Azərbaycan tərəfindən blokadada saxlanılması kimi yalan və böhtan xatakterli məlumatlar səsləndirirdilər. Əgər həqiqətən də Xankəndi erməniləri blokada şəraitində yaşayırdılarsa, aksiyaya niyə minlərlə adam deyil, cəmi bir neçə yüz nəfər qatılıb?

Bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.

Siyasi şərhçi deyib: “Əlbəttə ki, bu məqamlar ermənilərin riyakarlığının, şər-böhtanla dünya ictimaiyyətində Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmaq niyyətlərinin bariz nümunəsidir. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, Ermənistan Laçın yolundan istifadə edərək Xankəndi və ətraf ərazilərə minalar, silah-sursat daşıyırdı. Paralel olaraq Azərbaycanın talan edilən təbii sərvətləri bu yol vasitəsilə Ermənistana daşınırdı. Xankəndidə qabaqcadan hazırlanmış mitinqlərə Ermənistandan minlərlə insan gətirilirdi. Azərbaycanlı fəalların Laçın yolunda keçirdiyi etiraz aksiyaları da məhz bu cinayətkar əməllərin qarşısını almaq məqsədi daşıyır. Ermənistan Laçın yolundan əvvəlki kimi məkrli məqsədlərlə istifadə edə bilmədiyi üçün Qarabağda da separatçı planlarını reallaşdıra bilmir. Artıq Xankəndi və ətraf rayonlarda yaşayan azsaylı etnik ermənilər separatçı qüvvələrin əlində alət olmaqdan boyun qaçırırlar”.

S.Kərimli vurğulayıb ki, Araik Arutunyan, Ruben Vardanyan və digər cinayətkarların planları fiaskoya uğramaqda davam edir. Bu qüvvələrin sonu uzaqda deyil. Çünki Azərbaycan ictimaiyyəti Laçın yolunda etirazlar keçirməklə Arutunyan-Vardanyan cinayətkar şəbəkəsinin nəfəsini kəsir, onların əl-qolunu bağlayır. Azərbaycan dövləti Laçın yolunun sülh, təhlükəsizlik, inkişaf, humanitar məqsədli yol olmasına çalışır. Əminliklə demək olar ki, Laçın yolu bir daha mina terroru, ekoloji cinayətkarlıq, separatizm kimi təhlükəli məqsədlər üçün istifadə edilməyəcək. (AZƏRTAC)

Oxşar xəbərlər