Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
BMTM-in bu məsələ ilə bağlı hələ iki il bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə məruzə hazırladığını bildirən F.Şəfiyev qeyd edib: “Biz həmin məruzəni ötən il yenilədikdən sonra Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə təqdim etdik. Amma çox təəssüf ki, bizim məruzəmizi diqqətə alan olmadı və qulaqardına vuruldu. Beynəlxalq təşkilatların ölkəmiz üçün əhəmiyyətli məsələyə laqeyd münasibəti anlaşılan deyil”.
BMTM-in İdarə Heyətinin sədri bildirib ki, ermənilər və onların havadarlarının Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının, ekoloqların etiraz aksiyasına qeyri-ciddi yanaşması və bu məsələnin süni şəkildə qaldırıldığını deməsi həqiqətə uyğun deyil. “Bu problem Vətən müharibəsindən əvvəl də var idi, indi də var”, - deyə Fərid Şəfiyev qeyd edib. (AZƏRTAC)